Kabilin hava limanı raket atəşinə tutulub

Kabilin hava limanı raket atəşinə tutulub

Əfqanıstanın paytaxtı Kabilin hava limanı raket atəşinə tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə “Taliban” hökumətinin XİN rəhbəri Əmir Xan Muttaki hava limanında Pakistana səfərə yola düşərkən baş verib.

İnsident nəticəsində nazir xəsarət almasa da, aeroportun 3 əməkdaşı və bir neçə sərnişin yaralanıb.

Ümumilikdə hava limanına naməlum şəxslər tərəfindən 3 raket atılıb. Raketlər aeroportun VIP zalını və sərnişin terminalını hədəf alıb.
Təhlükəsizlik qüvvələri hadisənin mediaya sızmaması üçün foto və video çəkilişinə icazə verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə