Güclü yağışlar 170-dən çox insanın həyatına son qoyub

Güclü yağışlar 170-dən çox insanın həyatına son qoyub

Konqo Demokratik Respublikasının şərqində yerləşən Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində son 24 saatda azı 176 nəfər ölüb. Bu barədə cümə günü əyalət qubernatoru məlumat verib. SİA “Reuters”ə istinadla xəbər verir ki, ölənlərlə yanaşı, itkin düşənlər də var.

Konqonun "Radio Okapi" radiostansiyası bildirib ki, mayın 4-ü axşam saatlarında Cənubi Kivu əyalətinin bir sıra ərazilərində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubi kəndlərində qeydə alınıb, burada daşan çaylar 500-dən çox evi uçurub.

Bu həftənin əvvəlində Konqo ilə qonşu olan Ruandada da güclü leysan yağışları 130 nəfərin ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə