Sudan ordusu və çevik reaksiya qüvvələri Ciddədə danışıqlar aparacaq

Sudan ordusu və çevik reaksiya qüvvələri Ciddədə danışıqlar aparacaq

Sudan ordusunun və çevik reaksiya qüvvələrinin nümayəndələri Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqlar aparacaq.

SİA APA-ya istinadən xəbər verir ki, bu “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, ordu nümayəndə heyətinə general-mayor Əbu Bəkr Faquiri, həmçinin Sudanın BMT-dəki keçmiş daimi nümayəndəsi Ömər Siddiq daxildir.

Çevik reaksiya qüvvələrinin nümayəndə heyətləri isə adları açıqlanmayan üç zabitdir.

Bundan əvvəl BMT-nin Sudandakı nümayəndəsi bildirib ki, münaqişə tərəfləri arasında danışıqlar ya Ciddədə, ya da Cənubi Sudanın paytaxtı - Cubada keçirilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə