Sevastopolda mikroavtobusun toqquşması nəticəsində 4 uşaq xəsarət alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu vilayət qubernatorunun müavini Aleksandr Kulaqin bildirib.
Yenilənmiş məlumatlara görə, hazırda iki yaşlının vəziyyəti ağır, daha doqquz nəfərin vəziyyəti isə orta ağır olaraq qalmaqdadır.
“Dörd azyaşlı da yaralanıb, orta ağır bədən xəsarətləri alıb. Onlardan bəziləri müayinədən sonra valideynləri ilə birlikdə evə gedblər”.
Qeyd edək ki, bunu rus saytları Kulagindən sitat gətirir.
Onun sözlərinə görə, digər uşaqlar 5 saylı xəstəxanaya göndərilib. Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvojayev qəza nəticəsində 12 nəfərin yaralandığını bildirmişdi.
Qeyd edək ki, mikroavtobus Bağriya küçəsi yaxınlığında ağaca çırpılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB