Bu arada ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter özünün “Silahsızlanma yarışı” kitabının təqdimat mərasimində çıxış edərək birqütblü dünyanın sona çatdığını elan edib.
SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Beləliklə, Ritterin sözlərinə görə, ABŞ artıq qlobal hegemon olmaqdan çıxıb. Amerikalı kəşfiyyatçıya görə, gələcək hazırda formalaşmaqda olan ölkələrin iqtisadi birliklərindən asılıdır.
“Bu, Argentina, İran, Misir, Səudiyyə Ərəbistanının səy göstərdiyi BRİKS ölkələrinin birliyidir. Bu birlik ümumi iqtisadi baxışa əsaslanır”-deyən Ritter vurğulayıb ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Avstraliya və NATO ölkələrinin daxil olacağı ölkələr ittifaqı yaradarkən, artıq ikiqütblü dünya gələcək.
Ritterə görə, bundan sonra soyuq müharibə başlayacaq.
...Təbii ki, dünya çoxqütblü ola bilər. Amma ABŞ artıq masa başında oturmaması ilə barışa biləcəkmi? Bəs Rusiya və Çin - iki yeni güc - ABŞ-ı bağışlaya və özlərini onlarla bərabər hiss edə biləcəklərmi?
Bunu deyən Ritter, Rusiyanın 2023-cü ilin yayın sonu və ya payızın əvvəlinə qədər Ukraynanı məğlub edəcəyinin də anonsunu verir: “Şəxsən mən inanıram ki, Rusiya bu yazın sonu və payızın əvvəlinə qədər Ukraynanı hərbi yolla məğlub etmək üçün hərbi potensial toplayıb”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB