Denis Puşilin vəziyyətin pis olmadığını deyir

Denis Puşilin vəziyyətin pis olmadığını deyir

Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin Rusiya Silahlı Qüvvələrinin Maryinski, Avdeyevski və Dzerjinski istiqamətlərində mövqelərini təkmilləşdirdiyini bildirib.

Onun sözlərinə görə, 1-ci Ordu Korpusu irəliləməkdə davam edir. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, daha əvvəl Koreets çağırış işarəsi olan rus hərbçisi Ukrayna əsgərlərinin Donetsk Xalq Respublikasında Marinkadakı mövqelərini tərk etmək istəmələri barədə danışdıqlarını eşitdiyini bildirmişdi.

Bundan əvvəl Puşilin bildirib ki, Rusiya qüvvələri Donetsk Xalq Respublikasının Maryinkanın 50 məhəlləsinə nəzarət edir və Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, bütün mövqeləri görünmə zonasındadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə