Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində əks-hücum əməliyyatı yaxın günlərdə, hətta saatlarda başlaya bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 5-də vilayətin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski “Solovyov Live”in efirində danışıb.
Yevgeni Balitski Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye vilayətinin ərazilərində yaşayan yerli sakinlərdən alınan məlumatlara istinad edərək bildirib ki, Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatı yaxın günlərdə, hətta saatlarda başlaya bilər.
“Biz başa düşürük ki, yaxın gələcəkdə əks-hücum baş tutacaq. Bu, günlər, bəlkə də saatlar ərzində baş verə bilər...”.
Bunu deyən Balitskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye, Dnepropetrovsk və digər şəhərlərdən hərbi hissələri artıq Rusiya və Ukrayna qüvvələrinin təmas xəttinə çəkir.
Qeyd edək ki, Balitski, bütün meşə sahələrinin həm hərbi texnika, həm də Ukrayna əsgərləri ilə tamamilə “sıxıldığını” və mumiyyətlə ukraynalıların çox olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB