ABŞ Konqresi macar siyasətçi və rəsmilərinə qarşı sanksiyalar hazırlayır

ABŞ Konqresi macar siyasətçi və rəsmilərinə qarşı sanksiyalar hazırlayır

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyyarto Amerika Birləşmiş Ştatlarının müharibəni, Budapeşt isə sülh ideologiyasını təbliğ etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, “Telex” nəşri Amerikanın Macarıstandakı səfiri Devid Pressmanı tənqid edən macar yüksək səviyyəli diplomatın sözlərini çatdırır.

Qeyd edək ki, bir gün əvvəl amerikalı diplomat “AFP” agentliyinə verdiyi müsahibəsində Budapeşti tənqid edib.

Jurnalistlə söhbətində Pressman vurğulayıb ki, Macarıstan hakimiyyəti “mədəni müharibələr” və “solçuluq”a qarşı mübarizəni təşviq etməklə yanaşı, Ukraynadakı müharibənin əsl səbəblərini ört-basdır edir.

"Macarıstanda təəssüf ki, saxta mədəniyyət müharibəsindən danışmağa üstünlük verirlər, qonşuluqda isə Vladimir Putinin işğalçı müharibəsində minlərlə insanın həlak olduğu əsl müharibə var. Həm də söhbət solçuluqdan getmir. Söhbət Rusiyadan gedir", - deyə amerikalı diplomat bildirib.

Bundan əlavə, Pressman Siyyartonun özünü tənqid edərək, onun Rusiyanın tam miqyaslı işğalı zamanı 14,5 ay ərzində beş dəfə Moskvaya səfər etdiyini deyib.

Bundan əlavə səfir macarı Kremldə dezinformasiya yaymaqda da ittiham edib.

Yeri gəlmişkən, ABŞ Konqresi artıq Macarıstanın aparıcı siyasətçi və rəsmilərinə qarşı sanksiyalar hazırlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə