Çeçenistan rəhbəri Ramzan Kadırov bir müddət bundan əvvəl “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin Baxmutu tərk edəcəkləri barədə dediklərinə münasibət bildirib.
Ramzan Rusiya hərbçilərinin Ukraynadakı "yaxşı möhkəmləndirilmiş mövqeləri" tərk etməyəcəklərini deyib.
Çeçenstan rəhbəri Priqojinin Baxmutdakı mövqelərdən geri çəkilməsi barədə dediklərini onun döyüş sursatı çatışmamazlığı səbəbindən əsəsbləşməsi ilə əlaqələndirib.
SİA-nın əldə etdiyi məlumata görə, Kadırovun bununla bağlı Priqojinə birbaşa müraciət edib-etmədiyi məlum deyil.
Amma o, öz postunda “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinova istinadən Ukraynanın əks-hücumunun uğuruna şübhə ilə yanaşdığını bildirib.
Qeyd edək ki, bir gün əvvəl Yevgeni Priqojin Baxmutda öldürülən muzdlu döyüşçülərinin fonunda video çəkib və onların ölümlərində Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu ittiham edib.
Belə ki, Priqojinin sözlərinə görə, itkilərə səbəb 70 faiz səviyyəsində döyüş sursatının olmamasıdır.
Daha sonra Priqojin mayın 10-dan muzdlularının hazırda olduqları istiqamətdən geri çəkildiyini elan edib. Priqojin bu mövqeləri Müdafiə Nazirliyinin rəsmi qoşunlarına buraxacaq. Yeri gəlmişkən, o, həmçinin “Vaqner” PMC-nin Ukraynanın ən çətin rayonlarını tutub, Rusiya ordusu isə İzyum və Krasnı Limandan biabırçı şəkildə qaçdıqlarını bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB