Türk Hava Yolları İstanbuldan Palermoya birbaşa uçuş başladıb

Türk Hava Yolları İstanbuldan Palermoya birbaşa uçuş başladıb

Türk Hava Yolları (THY) İstanbuldan İtaliyanın tarixi turizm şəhərlərindən biri olan Palermoya birbaşa uçuş başladıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Səhər saat 06.45-də İstanbuldan havaya qalxan TK 1373 nömrəli ilk reys yerli vaxtla səhər saat 8.30-da Palermo hava limanına enib.

Burada keçirilən mərasimdə çıxış edən THY-nin baş direktoru Bilal Ekşi deyib:

"Dünyada 344-cü, İtaliyada isə 9-cu istiqamətimiz olan Palermonu uçuş şəbəkəmizə əlavə etməkdən məmnunuq. İtaliya ilə əlaqələrimizi gücləndirməyi və qonaqlarımıza Türk Hava Yolları ilə uçuş imtiyazlarını təqdim etməyi və onları İstanbuldan Palermoya uzanan gözəlliklərə çatdırmağı hədəfləyirik" deyib.

İstanbul-Palermo reysləri həftənin 4 günü bazar ertəsi, cümə, çərşənbə və bazar günləri həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə