Belarus Rusiya ilə sərhəddə müvəqqəti sərhəd nəzarəti tətbiq edib və bununla bağlı daxil olanların pasportları yoxlanılır.
Bu barədə “Zerkalo” nəşri məlumat yayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Komitəsi məlumatı təsdiqləyib.
“Bu, Rusiya ilə vizaların qarşılıqlı tanınması haqqında ratifikasiya sazişinin icrası çərçivəsindədir. Bu nəzarət altı əsas istiqamətdə işləyir. Bu, yalnız giriş üçündür”.
Qeyd edək ki, bunu Dövlət Sərhəd Komitəsindən bildiriblər.
Onu da qeyd edək ki, məhdudiyyətlərin nə qədər müddətə qoyulacağı hələ ki, məlum deyil. Departamentin bəyan etdiyinə görə, “sonrakı xəbərdarlığa qədər”...
Bu arada Telegram kanalları sərhəddə artıq növbələrin yarandığını bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB