Türkmənistanda, keçən həftənin sonunda, Daşoğuz vilayətsinin Kunya-Urgenç etrapında, bir neçə aydır subsidiyalaşdırılan məhsulların satışda olmamasına qarşı iki dayxan birliyində etiraz aksiyaları keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, “Xronika Türkmənistan” nəşri yazır ki, aksiyalarda 100-dən çox yerli sakin iştirak edib.
Etirazçılarla hadisə yerinə gələn polis əməkdaşları arasında qarşıdurma baş verdiyi və 15-ə yaxın adamın saxlanıldığı bildirilir.
Yerli hakimiyyət nümayəndələrinin etirazçıları sakitləşdirə bilmədiklərini və vəziyyətin gərginləşməyə başladığını yazırlar.
Qeyd edək ki, təxminən iki saat sonra “Zaman” adlı başqa bir dayxan nəşrində eyni tələblərlə təxminən 180 yerli sakinin Kunya-Urgençə gedən yolu bağladığı bildirilib. Nəşrin yazdığına görə, nəticədə yolun hər iki tərəfinə xeyli sayda minik və yük maşınları, həmçinin traktorlar yığılıb.
Etiraz mərkəzindən polis dəstəsi və yol polisi aksiyanın keçirildiyi yerə gəlsə də, xalqı dağılışmağa razı sala bilməyiblər.
“Uşaqları yedizdirəcək heç nəyimiz yoxdur! Şəxsi ticarətçilərdən un almağa pulumuz yoxdur. Bizə müəyyən edilmiş un və yağ kvotasını verin”.
Bildirək ki, “Xronika Türkmənistan” bunu etirazçıların sözlərindən sitat gətirib.
Buradakı qarşıdurmada polis etirazçıları yoldan çıxarmağa çalışsa da, toqquşma zamanı polisin köynəyinin yaxalığı cırılıb.
Yerli ağsaqqalların müdaxiləsi nəticəsində ciddi qarşıdurmaların qarşısı alındığı bildirilir. Lakin etirazçılar hələ də yolda qalıblar.
Polisin etirazçılarla toqquşmasından sonra 15-ə yaxın adam saxlanılıb. Onların sonrakı taleyi barədə məlumat verilmir.
Yeri gəlmişkən, Türkmənistanda davam edən iqtisadi böhran və həyat səviyyəsinin aşağı düşməsi səbəbindən əhalinin böyük bir hissəsi dövlət dükanları vasitəsilə güzəştli qiymətlərlə paylanan subsidiya məhsullarından asılıdır. Amma səlahiyyətlilər bunun öhdəsindən gələ bilmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB