"Türkiyə Qərbə bunu etməyə imkan verməyəcək"

"Türkiyə Qərbə bunu etməyə imkan verməyəcək"

Türkiyə Qərbə media vasitəsilə Ankaranın daxili siyasətinə təsir etməsinə imkan verməyəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Britaniyanın “The Economist” jurnalının son sayının “2023-cü ilin ən mühüm seçkiləri” başlıqlı üz qabığını belə şərh edib.

Qeyd edək ki, yazıda “Türkiyə və Demokratiyanın Gələcəyi”, həmçinin “Ərdoğan getməlidir” və “Demokratiyanı xilas et” ifadələri yer alıb.

“...Qlobal güclərin əməliyyatlarını həyata keçirmə vasitəsi olan jurnalların üz qabığı ilə daxili siyasətimizin istiqamətləndirilməsinə, milli iradənin əngəllənməsinə imkan verməyəcəyik”.

Qeyd edək ki, bunu Ərdoğan vurğulayıb.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleykə qapılarının bağlı olduğunu bildirmişdi.

Onu da xatırlayırıq ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu mayın 14-də Türkiyədə ümumi seçkilərin təyin olunduğu zaman ABŞ və Avropanın ağzının bağlanacağını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə