"Vaqner"in bəyanatı Moskvada səs-küyə səbəb olub

"Vaqner"in bəyanatı Moskvada səs-küyə səbəb olub

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni yaxından təqib edir. On minlərlə insanın həyatına son qoyan müharibə hələ də davam edir. SİA xarici mətbuata istinadən bildirir ki, müharibənin episentri olan Baxmutdan gələn xəbər Rusiyada senssasiya doğurub.

Ötən ilin fevralında Rusiya prezidenti Vladimir Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də davam edir.

Rusiya Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün var gücü ilə hücuma keçərkən, rus muzdlu “Vaqner” qrupunun bəyanatı Moskvada səs-küyə səbəb olub.

"Vaqnerin" qurucusu Yevgeni Priqojin qoşunlarını şəhərdən çıxaracağını bəyan edib.

Rusiya şəhəri ələ keçirmək üçün hərbi resurslarından kütləvi şəkildə istifadə edir. Qərb rəsmiləri indiyədək Bəhmutda 20-30 min rus əsgərinin öldüyünü və ya yaralandığını təxmin edir.

Kremlə simvolik də olsa, qələbə lazımdır. Rus qüvvələrinin Severodonetsk və Lisiçansk kimi şəhərləri tutduğu yaydan xeyli vaxt keçmişdir. Rusların o vaxtdan bəri əldə etdiyi ərazi qazanmaları tədricən və ləng olub. Ona görə də Rusiyaya ölkədə Kreml yönümlü təbliğatını davam etdirmək üçün uğur lazımdır.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə