Məktəb çantaları qadağan olunur

Məktəb çantaları qadağan olunur

ABŞ-ın bir şəhərində silahlı hücumlara qarşı ehtiyat tədbiri olaraq məktəblərdə məktəbli çantaları qadağan edildi. SİA xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın Miçiqan ştatının Flint şəhərindəki dövlət məktəbləri silah zorakılığı səbəbindən bel çantalarını qadağan etmək qərarına gəlib.

Flint şəhərinin təhsil şurasının yekdilliklə qəbul etdiyi qərar çərçivəsində dövlət məktəblərində məktəb çantalarının sinifdə istifadə olunması belə qadağan ediləcək.

Flint təhsil şurasının valideynlər üçün hazırladığı “Tez-tez verilən suallar” lahiyəsində verilən qərarın bəyanatında aşağıdakı ifadələr yer alıb: “Ölkə daxilində məktəblərə aparılan təhlükəli davranışların və silahların artdığını müşahidə edirik. Bel çantaları tələbələrin silahla təmin olunmasını asanlaşdırır”.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə