Ailə öz uşaqlarını 150 min dollara satmağa çalışdı

Ailə öz uşaqlarını 150 min dollara satmağa çalışdı

İraqda 2 uşağını 150 min dollara satmağa çalışan ailə saxlanılıb. SİA xarici mətbuata istinadən bildirir ki, verilən açıqlamada təhlükəsizlik qüvvələrinin xəbərdarlığa əsasən əməliyyata başladığı və ailənin cinayət başında yaxalandığı bildirilir.

İraq Daxili İşlər Nazirliyinə bağlı İraq Federal Kəşfiyyat və Təhqiqat Təşkilatından verilən açıqlamada, bir qız və bir oğlan uşağını 150 min dollara satmağa çalışan valideynlərin saxlanıldığı bildirilir.

Faktla bağlı cinayət işi davam edir.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə