Əgər Qərb ölkələri Ukraynaya hərbi yardımı dayandırsa...

Əgər Qərb ölkələri Ukraynaya hərbi yardımı dayandırsa...

Ukrayna, böyük ehtimalla, Qərb ölkələrinin hərbi yardımını dayandıracağı təqdirdə Rusiyaya müqavimət göstərə bilməyəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikirləri ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Hayns bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qərb tərəfdaşlarından silah tədarükündən kifayət qədər asılıdır, çünki Ukraynanın imkanları həm resurslar, həm də canlı qüvvə baxımından Rusiyanın imkanları ilə müqayisə oluna bilməz.

“Ukrayna xarici hərbi yardım təchizatından yüksək dərəcədə asılı olaraq qalır və Qərbin əksər hərbi yardımı gəlməyi dayandırarsa, çox güman ki, Rusiyanın işçi qüvvəsi və resurslarında nisbi üstünlüyünə qarşı çıxa bilməyəcək”-deyən Avril Hayns, bir müddət əvvəl ABŞ milli kəşfiyyatının Rusiyanın Ukrayna ərazisində nüvə silahından istifadə etməsini son dərəcə az ehtimal hesab etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə