Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyat keçirərək Vaşinqtonun Rusiyanı məhv etmək planlarını pozub. Bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor özünün “YouTube” kanalında yayımladığı videoda bildirib.
Onun sözlərinə görə, ən azı iyirmi ildir ki, Amerika hakimiyyəti Rusiyanı zəiflətmək üçün var gücü ilə çalışıb.
Polkovnik xatırladıb ki, Rusiya Amerika tərəfinə Şimali Atlantika Alyansının öz sərhədlərinə qədər genişlənməsinə dözməyəcəyi barədə xəbərdarlıq edib.
Bununla belə, o, əlavə edib ki, Kremlin bəyanatlarına məhəl qoyulmayıb və bu, Moskvanı Qərb sərhədlərində, eləcə də Qara dənizdə təhlükəni neytrallaşdırmaq üçün xüsusi əməliyyat keçirməyə məcbur edib.
Yeri gəlmişkən, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Duqlas Makqreqor dəfələrlə Ukraynadakı münaqişədə Rusiyaya dəstək ifadə edib. Qeyd edilməlidir ki, bunun səbəbi məlum olmasa da, amma o, dəfələrlə Vaşinqton və Kiyevin siyasətini tənqid edib.
Məsələn, o, əvvəllər Ukrayna dövlətinin ölkədəki çətin vəziyyətə görə bu ilin sonuna kimi yoxa çıxacağını proqnozlaşdırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB