Rusiya Federasiyası Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Aleksey Didenko Belçikanın Rusiya aktivlərini ələ keçirməsini xuliqanlıq adlandırıb. Parlamentari bu Avropa ölkəsinin məmurlarını mühakimə etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Didenkonun sözlərini “RİA Novosti” partiyanın mətbuat xidmətinə istinadən bildirir.
Deputatın sözlərinə görə, Avropa ölkələri oğurlanmış malların dilerinə çevrilib.
“Belçika məmurlarının oğurlanmış Rusiya aktivlərindən əldə edilən gəlirləri 404-cü ölkəyə yardım kimi yönəltmək niyyətinin başqa bir sözü nədir?”-deyə Didenko soruşub.
Onun sözlərinə görə, “belçikalı oğrular” öz mövqelərini etik baxımdan izah etməyə çalışırlar, bununla belə, deputatın sözlərinə görə, Belçika tarixən Avropanın ən “quldur və adamyeyən ölkələrindən” biridir. Mövqeyinin izahı kimi o, belçikalıların Konqoda yaratdığı rejimi misal çəkib.
Onun dediyinə görə, o zaman 10 milyon konqolu, demək olar ki, ölkə əhalisinin yarısı belçikalılar tərəfindən öldürülüb və yüz minlərlə insan isə əlil olaraq qalıb.
Yeri gəlmişkn xatırladaq ki, mayın 4-də, Belçikanın dondurulmuş Rusiya aktivlərindən əldə edilən 200 milyon avro məbləğində vəsaiti Kiyevə kömək etmək üçün istifadə etdiyi məlum olub. Qeyd edək ki, bunu ölkənin baş naziri Aleksandr de Kros deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB