Kiyevdə partlayış və atışma səsləri eşidilib

Kiyevdə partlayış və atışma səsləri eşidilib

Mayın 4-ü axşam saatlarında, saat 19:41-də Kiyev vilayətində, saat 20:00-da isə Kiyevdə hava hücumu həyəcanı verilib. Daha sonra Kiyev sakinlərinin havada 10 dəqiqə davam edən çoxsaylı partlayış səsləri eşitdiyi barədə məlumatlar yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bundan sonra “hava hücumundan müdafiə işləyir! Sakit olun! Hava hücumu həyəcanı bitənə qədər sığınacaqlarda qalın!”, - mesajda deyilib.

Saat 20:34-də Kiyev və bölgədə hava hücumu xəbərdarlığı ləğv edilib.

Kiyev üzərində sonuncu hava reydi zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan pilotsuz uçuş aparatı qeydə alınıb.

“Kiyev üzərində sonuncu aviareyd zamanı pilotsuz uçuş aparatı aşkar edilib. Obyekt hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən vurulub. İnsan tələfatı və ya və ya infrastrukturun dağılması barədə məlumat yoxdur”. Qeyd edək ki, bunu Kiyev şəhər hərbi idarəsinin rəhbəri Sergey Popko bildirib.

Yeri gəlmişkən, Mayın 4-nə keçən gecə Ukraynanın şimal və cənub vilayətlərinə hava hücumu zamanı Rusiya Kiyev və Odessada İran “Şahedlər”inin kütləvi buraxılışını həyata keçirib.

Amma Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri 24 pilotsuz təyyarələrdən 18-ni zərərsizləşdirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə