Odessa şəhərinin meri Gennadi Truxanov cümə axşamı, mayın 4-də 92 milyon qrivnadan çox mənimsəmə işi ilə bağlı həbs edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun məlumatına istinadən xəbər verir.
Prokurorluq nümayəndələrinin sözlərinə görə, Ukrayna meri bunun üçün büdcə vəsaitindən istifadə edərək keçmiş Krayan zavodunun binasını ikiqat qiymətə almaq üçün cinayət sxemi həyata keçirib.
Məhkəmə Truxanovun 30,866 milyon qrivnanın girov kimi yazılmasının qeyri-mümkün olduğunu bildirməsindən sonra 13,420 milyon qrivna girov yazmaq alternativi ilə 60 gün həbs qətimkan tədbiri seçib.
Maraqlıdır ki, 2022-ci ilin oktyabrında Ukrayna prezidenti Vladimir Zelenski SBU və ölkənin Daxili İşlər Nazirliyinə Odessa meri Truxanovun fəaliyyətini, o cümlədən II Yekaterinanın abidəsini sökmək istəmədiyini yoxlamağı tapşırmışdı.
Bundan əvvəl Truxanov özü İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, o, münaqişənin həlli üçün Rusiya ilə qarşıdurma təşkil etməyi deyil, danışıqları zəruri hesab edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB