Qazaxıstan dəmir yollarının rəhbərliyi mayın 8-dən Rusiyanın Qara dəniz sahilindəki Taman limanına neft və neft məhsullarının daşınmasını qadağan edəcək. Bu barədə müvafiq sərəncamla tanış olan Reuters agentliyi məlumat yayıb. Sərəncam nəqliyyat şirkətlərinə ünvanlanıb, qadağanın səbəbləri göstərilmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Dəmir Yolları şirkəti də mayın 3-dən Tamana neft nəqlini dayandırıb. “Rusiya Dəmir Yolları”nın sənədində də səbəblər göstərilmir, lakin bu, Tamandakı neft anbarlarından birində baş verən yanğından dərhal sonra baş verib.
Qeyd edək ki, bunu bəyan edən “Azadlıq” radiosu yanğının pilotsuz təyyarənin hücumu nəticəsində baş verdiyi ehtimal edir.
Qeyd edək ki, Krasnodar diyarındakı Taman şəhəri və limanı enerji ehtiyatlarının daşınması üçün mühüm nəqliyyat qovşaqlarından biridir.
2022-ci ildə oradan Rusiya, Qazaxıstan və Qırğızıstandan 7,3 milyon ton neft, neft məhsulları və maye qaz keçib. Bildirək ki, şəhər Krım (Kerç) körpüsünün yaxınlığında yerləşir və bu körpü vasitəsilə neft məhsulları ilhaq edilmiş Krıma çatdırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB