Türk və Balkan ölkələrindən olan pediatrlar toplantısı keçirilib

Türk və Balkan ölkələrindən olan pediatrlar toplantısı keçirilib

Türkiyə Milli Pediatri Dərnəyinin təşkilatçılığı ilə baş tutan toplantıya Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ev sahibliyi edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Girnədə keçirilən tədbirdə Beynəlxalq Pediatriya Qurumunun (IPA) prezidenti professor doktor Ənvər Həsənoğlu və IPA-nın xarici əlaqələr üzrə direktoru Kərəm Həsənoğlu, Türkiyə Milli Pediatriya Dərnəyinin rəsmiləri və 400 qədər pediatr iştirak edib.

ŞKTC Prezidenti Ersin Tatar, 3 gün davam edən tədbir çərçivəsində IPA sədri və xarici əlaqələr direktorunu Prezident aparatında qəbul edib. Görüş zamanı ŞKTC-nin tanınması üçün səhiyyə sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə