Ukrayna prezidenti Vladimir Zelenski Hollandiyada səfərdə olarkən cümə axşamı günü Ukraynada müharibə zamanı törədilmiş hərbi cinayətlərin istintaqı çərçivəsində Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Biz hamımız Haaqada başqa bir Vladimiri görmək istərdik”, - deyən Zelenski zarafat da edib. Onun sözlərinə görə, Rusiya prezidenti cinayət əməllərinə görə məhkum olunmağa layiqdir.
Yeri gəlmişkən, Hollandiyanın “NOS” televiziya şirkəti Ukrayna prezidentinin sözlərini sitat gətirir: “Əminəm ki, qalib gələn kimi biz bunu görəcəyik – və biz qalib gələcəyik”.
Qeyd edək ki, Zelenski çıxışında 2014-cü ilin iyulunda Donbass üzərində ruslar tərəfindən vurulan Malayziya təyyarəsinin qurbanlarını da xatırladıb.
Ukrayna rəhbəri qəzada ölənlərin çoxunun Hollandiya vətəndaşları olduğunu da xatırladıb.
Onu da qeyd edək ki, Hollandiya məhkəməsi vurulan “Boeing” sərnişin təyyarəsinin Rusiyanın Buk buraxılış qurğusundan vurulduğunu artıq sübut edib.
Xatırladaq ki, bir gün əvvəl Zelenski Şimali Avropa və Ukrayna dövlətlərinin sammitinin keçirildiyi Helsinkiyə səfər edib. İştirakçılar Ukraynanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəklərini dəstəklədiklərini bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB