Avropa İttifaqı Moldova və Gürcüstana 70 milyon avro ayırıb

Avropa İttifaqı Moldova və Gürcüstana 70 milyon avro ayırıb

İttifaqı Moldova və Gürcüstana ordularını dəstəkləmək üçün 70 milyon avro ayırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının mayın 4-də dərc olunmuş bəyanatında deyilir.

Belə ki, Moldova Silahlı Qüvvələrinə dəstək üçün 40 milyon avro, Gürcüstana isə 30 milyon avro ayrılıb.

Yeri gəlmişkən, vəsait Avropa Sülh Fondundan ayrılıb.

Qeyd olunur ki, Moldova və Gürcüstan logistika, komanda və idarəetmə vasitələri alacaq. Eləcə də tərəflərə hava məkanının monitorinqi vasitələri də veriləcək.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının yeni tərəfdaş missiyasının Moldovaya xarici nəzarəti faktiki həyata keçirəcəyinə inanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə