Böyük Britaniya Xarici İşlər Nazirliyinin sosial mediada Rusiyada mətbuat azadlığı ilə bağlı eyhamlı paylaşımına Rusiya Xarici İşlər Nazirliyindən kinayəli cavab gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, Böyük Britaniya Xarici İşlər Nazirliyi sosial şəbəkədə etdiyi paylaşmada Rusiyada media sərbəstliyinin itirilməsinə işarə vuraraq “Rusiyada mətbuat azadlığı” ifadəsinin təkrarlayıb, lakin hər təkrarda bir cümləni silib və sonda heç nə qalmayıb.
Rusiya Xarici İşlər Nazirliyi də Böyük Britaniyanın kinayəli yazısına kinayəli cavab verib: İngiltərədə saxlanılan “Wikileaks”in qurucusu Culian Assancın (Julian Assange) fotosunu paylaşıb.
Xatırladaq ki, C.Assanj 2006-cı ildə hökumətin məxfi məlumat və fotolarını dərc edən “Wikileaks” saytını təsis edib. 2010-cu ildə Amerika əsgərlərinin İraqda vertolyotdan dinc əhaliyə atəş açdığını göstərən görüntüləri yayımladıqdan sonra bütün dünyada məşhurlaşdı. Culian Assanc 2019-cu ildə Londondakı Ekvador səfirliyində 7 il qaldıqdan sonra müxtəlif ittihamlarla, o cümlədən “cinsi qısnama” maddəsi ilə Britaniya polisi tərəfindən həbs edilib və saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB