Rusiya ordusunun 24 pilotsuz uçuş aparatı ilə Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Kiyevə hücum etdiyi bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığından verilən açıqlamada, Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrində PUA-larla hücumlar təşkil etdiyi bildirilib.
Hücumda ümumilikdə 24 "Şahed-136/131" adlı PUA-dan istifadə edildiyi bildirilən açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 18 PUA-nın havada məhv edildiyi bildirilib.
Digər tərəfdən, Rusiyanın xəbər agentliyinin xəbərində Rusiyanın Krasnodar bölgəsindəki "İlski Neft Emalı Zavodu"nun su anbarında yanğının baş verdiyi bildirilib. Xəbərdə yanğının PUA-nın düşməsi nəticəsində baş verdiyi qeyd edilib.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB