Ukraynanın rəhbəri Vladimir Zelenski Rusiya ilə danışıqlar prosesi və hərbi əməliyyatların davam etdirilməsi arasında seçim etməli olacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri mayın 3-də ABŞ ordusunun polkovnik-leytenantı Daniel Davis “19FortyFive” nəşri üçün dərc etdiyi məqaləsində bildirib.
...Bugünkü reallıq ondan ibarətdir ki, Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə danışıqlar aparmaq və ya münaqişəni davam etdirmək arasında seçim etməli olacaq ki, bu da daha çox ərazi itkisinə səbəb olacaq.
...Üstəlik, əks-hücum Kiyevə heç bir ciddi uğur gətirməyəcək, çünki Ukrayna Silahlı Qüvvələri “Rusiya ordusunu tamamilə sıxışdırıb çıxarmaq” imkanına malik deyil.
Qeyd edək ki, bu fikirlər ABŞ ordusunun polkovnik-leytenantına məxsusdur.
“Ukraynanın hücumunun ən çox ehtimal olunan nəticəsi qeyri-müəyyən dalana dirənmək olacaq. Müharibə sadəcə olaraq köhnəlmə münaqişəsinə çevrilərsə, illərlə davam edə bilər. Rusiyanın daha böyük insan və fiziki resursları çox güman ki, zamanla Ukraynanı əzəcək”-deyən Davis qeyd edir ki, artıq bu gün Avropada əksəriyyət Ukraynanın Rusiya ilə müharibədə heç vaxt qalib gələ bilməyəcəyini və çox güman ki, danışıqlar yolu ilə nizamlanma cəhdini dəstəkləyəcəyini qəbul edib.
Lakin Volodimir Zelenski iddia edilən “Ukrayna ərazisinin Rusiyanın əlində” bir hissəsini buraxmağa razı olmadığı üçün bunun gələcəkdə daha pis vəziyyətlərə gətirib çıxaracağını heç anlamır.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Vladimir Zelenski Rusiya ilə danışıqların qeyri-mümkün olduğunu bildirən fərman imzalayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB