Ağ Evin mətbuat katibi Karine Jean-Pierre çərşənbə günü, mayın 3-də keçirdiyi brifinqdə Kremlə pilotsuz təyyarələrin hücumunu şərh edərək, Ukraynanı Rusiya ərazisinə zərbə endirməkdə ABŞ-a qarşı ittihamları təkzib edib.
SİA-nın əldə etdiyi məlumata görə, Bu barədə xəbəri “RİA Novosti” yayıb.
Deməli mətbuat katibi bildirib ki, Ukrayna münaqişəsi başlayandan bəri Birləşmiş Ştatlar Ukraynanın aldığı silahlardan öz sərhədlərindən kənarda istifadə etməsini alqışlamır. Üstəlik, Vaşinqton bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini bildirib.
“Bu münaqişə başlayandan bəri Birləşmiş Ştatlar Ukraynanı öz sərhədlərindən kənarda zərbələr endirməyə qətiyyən təşviq etməyib”, –deyə Jean-Pierre bildirib.
Eyni zamanda, Amerika administrasiyasının nümayəndəsi də Kremlə hücum edən pilotsuz uçan aöaratların sahibliyi ilə bağlı xəbərlərin etibarlılığını şərh etməyib və bu mövzuda spekulyasiya etmək istəmədiyini qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB