Baltikyanı ölkə nazirləri Kremlə hücumu ələ saldılar

Amma deyim ki, Medvedev artıq hökmünü verib...
Baltikyanı ölkə nazirləri Kremlə hücumu ələ saldılar

Litva və Latviyanın xarici işlər nazirləri gecə vaxtı naməlum dronların Kremlə hücumunu ələ salıblar. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nazirlər hər iki hadisənin Rusiya hakimiyyətinin özü tərəfindən təşkil olunduğunu da gizlətməyiblər.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç “Twitter” səhifəsində “Vizual effektlər kateqoriyasında builki “Oskar” Kremlə verilməlidir”-deyə bildirib.

Onun litvalı həmkarı Qabrielius Landsberqis daha təkmil zarafat oyunu ilə çıxış edib və burada həm Rusiya xüsusi xidmət orqanlarının təxribatını, həm də dronun Senat Sarayının damında Rusiya bayrağının düz yanında partlaması faktını şifrələyib.

“Dünyada ilk saxta bayraq əməliyyatı, əslində bayraqla əlaqədardır”. Bunu litvalı nazir yazıb.

Yeri gəlmişkən, Ukrayna tərəfi, elə Zelenskinin özü birbaşa baş verənlərdə Ukraynanın əli olmadığını bildirsə də, amma Rusiyanın keçmiş prezidenti Medvedev hələ də qərarlıdır: “Zelenski öldürülməlidir, feso!”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə