Əgər o vaxt Zelenski “mən NATO-ya üzv olmayacağam” desəydi...

“Kiçik” Kennediyə görə, Ukrayna rəhbəri beş kəlmə sözü deməməyin güdazına gedib
Əgər o vaxt Zelenski “mən NATO-ya üzv olmayacağam” desəydi...

ABŞ prezidentliyinə namizəd, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi “Tvitter” hesabında Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə münaqişədən yayınma ehtimalı barədə spekulyasiya edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “kiçik” Kennedi nümunə olaraq siyasətçi Benjamin Abeloyun “Qərb Ukraynaya müharibəni necə gətirdi” kitabından nümunə göstərib.

Qeyd edək ki, həmin əsərin bir yerində müəllif hesab edir ki, əgər Zelenski NATO-ya daxil olmaq planlarından imtina etsəydi, bu halda guya Kiyev Moskva ilə açıq qarşıdurmanın qarşısını ala bilərdi.

“Kiçik” Kennediyə görə, əgər 2022-ci ildə Zelenski Putinə “Mən NATO-ya üzv olmayacağam” desəydi, guya Ukraynanın işləri “yağ kimi” gedəcəkmiş. Amma Zelenski bu beş kəlmə sözü deməməklə böyüka bir problemə yol açmış olub(?)

“Kiçik” Kennedi əlavə edib ki, Ukrayna lideri Ağ Evin və Ukrayna hökumətindəki radikal siyasətçilərin təzyiqi altında olduğu üçün bunu etməyib.

...Bununla yanaşı, ABŞ hökuməti də gərək Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonun qırmızı xətləri keçməsi ilə bağlı sözlərinə qulaq asmalı idi.

Qeyd edək ki, bunu da “kiçik” Kennedi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə