Rusiyanın keçmiş prezidenti və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedev naməlum pilotsuz təyyarələrin Kremlə hücumuna görə, Vladimir Zelenskinin öldürülməsinə çağırıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, müvafiq bəyanat Medvedevin Telegram kanalında yer alıb.
Medvedevin sözlərinə görə, bugünkü terror aktından sonra, ehtimal ki, Kremlə pilotsuz təyyarə hücumu nəzərdə tutulur, Rusiyanın Zelenskini və onun kabinəsini fiziki cəhətdən məhv etməkdən başqa variantı yoxdur.
“Qeyd-şərtsiz təslim aktını imzalamağa belə ehtiyac yoxdur. Bildiyiniz kimi, Hitler də təslim aktına imza atmayıb. Vitse-prezident admiral Denitsa kimi bir növ əvəzləmə həmişə olacaq”.
Bunu da Medvedev yazıb.
Xatıarladaq ki, artıq məlum olduğu kimi, ötən gecə naməlum dron Kremldəki binalar kompleksinə hücum edib və onlardan birinin damına çırpılaraq yanıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Rusiya hakimiyyəti bu hücumda Kiyev rejimini ittiham edib.
Ukraynanın bu hücumda iştirakını ardıcıl olaraq Vladimir Zelenskinin mətbuat katibi, Sergey Nikiforov, Prezident Aparatının rəhbəri Mixail Podolyakın müşaviri və daha sonra şəxsən prezident Zelenski təkzib edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB