Ukraynanın əks-hücum əməliyyatına amerikalılar rəhbərlik edəcək?

Ukraynanın əks-hücum əməliyyatına amerikalılar rəhbərlik edəcək?

Donetsk Xalq Respublikası rəhbərinin səlahiyyətlərini icra edən Denis Puşilinin müşaviri Yan Qaqin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına amerikalı təlimatçı və zabitlərin rəhbərlik edəcəyinə əmin olduğunu bildirib.

SİA-nın “RİA Novosti”dən əldə etdiyi məlumata görə,

bu barədə Qaqin “Rossiya 1” telekanalının efirində bildirib.

O vurğulayıb ki, Ukraynanın prezident Vladimir Zelenski kimi öz subyektivliyi yoxdur.

“Mən əminəm ki, amerikalı təlimatçılar və zabitlər bu hücuma cavabdeh olacaqlar”, - Qaqin bildirib.

Yeri gəlmişkən, bundan əvvəl “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin hücumunun artıq başladığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə