İndi də Leninqrad vilayətində partlayıcı qurğu aşkarlanıb?

İndi də Leninqrad vilayətində partlayıcı qurğu aşkarlanıb?

Bu arada Leninqrad vilayətində elektrik xəttinin yaxınlığında partlayıcı qurğulara bənzər altı obyekt tapılıb SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” region hökumətinə istinadən yayıb.

Onun sözlərinə görə, şübhəli əşyalar Milli Qvardiya əməkdaşları tərəfindən mayın 3-də saat 16:30 radələrində Qatçinski rayonunda, Kovşovo kəndi yaxınlığındakı Susaninski qəsəbəsində aşkar edilib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Mümkün terror aktı təhlükəsi ilə bağlı məlumatların yoxlanılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, ötən gün, mayın 2-də Bryansk vilayətindəki Snejetskaya dəmir yolu stansiyası yaxınlığında naməlum partlayıcı qurğunun işə düşdüyü məlum olmuşdu?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə