Finlandiya və ABŞ ikitərəfli müdafiə sahəsində əməkdaşlığa dair sazişi müzakirə edirlər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu xəbəri “Satakunnan Kansa” nəşri paylaşıb.
Beləliklə, müqavilə imzalansa, Pentaqon Finlandiya torpaqlarından və bazalarından əsgərlərin hazırlanması və materialların saxlanması üçün sərbəst istifadə edə biləcək.
Danışıqlarda Finlandiya tərəfinin rəhbəri, Xarici İşlər Nazirliyinin Siyasi İdarəsinin rəis müavini Mikael Antell bildirib ki, sazişin mətni müttəfiqlər tərəfindən müsbət və həll yönümlü ruhda müzakirə edilib.
"Ən əsası, saziş bütün təhlükəsizlik vəziyyətlərində, eləcə də qısa müddətdə Birləşmiş Ştatlarla fasiləsiz əməkdaşlığı təmin edir”-deyən Antellin sözlərinə görə, ABŞ artıq daimi mövcudluğa can atmır, rotasiya prinsipi ilə fəaliyyət göstərir. Yəni müxtəlif müddətlərdə qoşunların rotasiyasını həyata keçirir.
Qeyd edək ki, Finlandiya ilə ABŞ arasında rəsmi səviyyədə danışıqlar gələn ilə qədər davam edəcək və bundan sonra saziş layihəsi parlamentə keçəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB