Rusiyanın Telegram kanalları başqa rakursdan çəkilmiş dronlarla Kremlə hücumun növbəti videosunu yayıblar. Belə ki, Rusiya təbliğat telekanalı “TV Center” iki İHA-nın Kremlə hücum etdiyini, hücumlar arasında isə 16 dəqiqə məsafə olduğunu iddia edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ilk dron Moskva vaxtı ilə saat 02:27-də Kreml üzərində görünüb. O, Senat Sarayının üzərində partlayıb, sonra onun damında yanğın başlayıb.
İkinci dronun zərbəsi isə artıq gecə saat 02:43-də qeydə alınıb. Onun fraqmentləri Kremlin ərazisinə düşüb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Ukraynanı Vladimir Putinə sui-qəsd cəhdində ittiham edib.
Yeri gəlmişkən, Kremlə pilotsuz təyyarənin hücumunu şərh edən Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov, Ukrayna dövlətinin müharibədəki əsas vəzifəsinin Moskvaya, Putinə hücum yox, işğal olunmuş ərazilərin azad edilməsi olduğunu bildirib.
Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə, Kremlə gecə hücumunun çox güman ki, ən yaxın “voentorq”da silahlanmış yerli müqavimət qüvvələri tərəfindən təşkil edildiyini deyib.
“Hər şeyi proqnozlaşdırmaq olar... Rusiya açıq-aşkar irimiqyaslı terror aktı hazırlayır. Ona görə də əvvəlcə təxribatçı olduğu iddia edilən böyük bir dəstəni gecikdirir, sonra isə Kreml üzərində pilotsuz uçan aparatları nümayiş etdirir”.
Qeyd edək ki, Podolyak deyib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB