Bu arada “Vaqner” PMC özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin ruslara bəd bir xəbər çatdırıb. O, Kiyevin elan etdiyi əks-hücumun faktiki olaraq artıq start götürməyə başladığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Telegtram kanalında sahibkarın mətbuat xidməti yayıb.
Priqojinin sözlərinə görə, Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin aviasiyasının necə fəallaşdığını müşahidə etməyə başlayıb. O vurğulayıb ki, düşmən cəbhənin bütün perimetri boyu fəal hərəkətlərə başlayıb.
“Vaqner” PMC-nin təsisçisinin hesablamalarına görə, hücumun özü də yaxın gələcəkdə başlaya bilər.
Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Donbasda dörd istiqamətdə hücumun başladığını bildirmişdi.
...Amma bununla belə, xüsusi hərbi əməliyyat zonasında aktiv hücum əməliyyatları barədə məlumat verilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB