5 nəfər - bir ailənin bütün üzvləri ölüb

5 nəfər - bir ailənin bütün üzvləri ölüb

Tacikistanın cənubundakı Şəhritus rayonunun mərkəzi xəstəxanasında 5 nəfər - bir ailənin bütün üzvləri, o cümlədən üç uşaq ölüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dəfn mərasimi mayın 3-də Sverdlov adına kənd qəbiristanlığında olub.

Mənbnin məlumatına görə, yerli sakin Muxayo Avazəliyeva, onun bacısı Mijqona Avazəliyeva və üç uşaq mayın 2-də axşam saatlarında Şahritus mərkəzi rayon xəstəxanasına aparılıb.

Yerli xəstəxananın həkimləri ailə üzvlərinin ölümünün səbəbini hələ bilmədiklərini və Düşənbədən müayinənin nəticələrini gözlədiklərini bildiriblər.

Bu arada Əvəzəliyevlərin yaxınları onların evdə hazırlanmış konservlərdən zəhərləndiyini istisna etmirlər.

Qeyd edilir ki, Tacikistanda ölüm halları çox vaxt evdə hazırlanmış konservlərdən zəhərlənmə nəticəsində baş verir. Onu da bildirək ki, ötən ilin noyabrında Tacikistanda-Suqd rayonunda bir ailənin bir neçə üzvünü zəhərlənmişdi. Sonradan zəhərlənənlərin ikisi dünyasını dəyişdi.

Yeri gəlmişkən, Tacikistanda tərəvəzlər əsasən qışda baha olduğu üçün yaydan yığılıb saxlanılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə