Ukrayna Kremlə hücum etməyə çalışdı

Ukrayna Kremlə hücum etməyə çalışdı

Rusiyanın Ukraynaya hücumlarını davam etdirdiyi bir vaxtda Ukraynaya məxsus PUA-ların Kremlə hücum cəhdi etdiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kremlin açıqlamasında, "Ukrayna ordusu dronla Kremlə hücuma cəhd edib. "Biz Putinin hədəf alındığını düşünürük" deyə Kremldən verilən xəbərdə deyilir.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Ukrayna Kremlə PUA-larla hücuma cəhd edib.

"Bina zədələnməyib, cavab vermək hüququmuzu özümüzdə saxlayırıq", - deyə Kreml açıqlama verib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə