Nigeriyada meningit epidemiyası...

Nigeriyada meningit epidemiyası...

Bu il Nigeriyada meningit epidemiyasından həyatını itirənlərin sayı 124 nəfərə çatıb.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən verilən açıqlamada son bir həftədə 297 meningitə yoluxma hadisəsinin qeydə alındığı, epidemiya səbəbindən 6 nəfərin öldüyü bildirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yanvar ayından etibarən ölkənin paytaxtı Abuca ilə yanaşı, 22 ştatında yayılan epidemiyaya yoluxanların sayının 532-yə çatdığı, epidemiya nəticəsində həyatını itirənlərin sayının isə 124-ə çatdığı qeyd olunub.

Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyə qalib gəlmək üçün qlobal hədəfə sadiq olduğunu açıqladı.

Bütün xəbərlər Facebook səhifəmizdə