Timsahın mədəsindən insan çıxdı

Timsahın mədəsindən insan çıxdı

Avstraliyada dostları ilə balıq tutarkən yoxa çıxan kişinin cəsədinin hissələri timsahın mədəsindən tapılıb. SİA xarici mediaya istinadən bildirir ki, Kevin Darmodi sonuncu dəfə şənbə günü görülmüşdü.

Darmodi, Şimali Kvinslenddə duzlu su timsahlarının sıx məskunlaşdığı bir ərazidə balıq tuturmuş. Ərazidə iki gün axtarış tədbirləri aparılırdı.

Polisin bu müddət ərzində öldürdüyü iki böyük timsahdan birində insan parçaları tapılıb. Axtarış işlərinin cəmləşdiyi ərazidə 4,1 və 2,8 metr uzunluğunda iki yetkin timsah güllələnib.

Kevin Darmodinin bədən üzvləri yalnız bir timsahın mədəsindən çıxıb. Lakin mütəxəssislər Darmodinin bu iki heyvan tərəfindən birlikdə öldürüldüyünü düşünürlər. Hadisə zamanı Darmodinin yanında olan balıqçı dostu yalnız qışqırıq və suya düşmə səsi eşitdiyini bildirib.

Con Peiti adlı bu şəxs “Qaçaraq gəldim, amma ondan əsər-əlamət yox idi. Onun yalnız sahildə əşyaları var idi”- deyə bildirib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə