Nazir mühafizəçisi tərəfindən güllələnib

Nazir mühafizəçisi tərəfindən güllələnib

Uqandanın əmək, məşğulluq və sənaye məsələləri üzrə dövlət naziri Çarlz Okello Enqola iqamətgahında mühafizəçisi tərəfindən güllələnib. SİA xarici mətbuata istinadən xəbər verir ki, güllə atan əsgərin istefada olan polkovnik-leytenant naziri niyə öldürdüyü dəqiq bilinməsə də, onun naziri vurduqdan bir neçə dəqiqə sonra eyni silahla intihar etdiyi qeyd edilib. Hadisə zamanı digər insanların da yaralandığı bildirilir.
Çarlz Okello Enqola dövlət naziri təyin olunmazdan əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə