İsrail Qəzzaya cavab zərbələri endirdi

İsrail Qəzzaya cavab zərbələri endirdi

İsrail ordusu Qəzza zolağına cavab zərbələri endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hücumun detalları barədə məlumat verilməyib. Açıqlamada zərbələrlə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

Xatırladaq ki, bu gün İsrailə Qəzza zolağından 20-yə yaxın raket atılıb. Onların çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hücum zamanı bir neçə nəfər yaralanıb.

Hücum görə məsuliyyəti Fələstinin Birgə Komandanlığı öz üzərinə götürüb. Komandanlığa HƏMAS və "İslami Cihad" kimi silahlı qüruplaşmalar daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə