Rus qoşunları Xerson vilayətinin dinc əhalisinə qarşı terroru davam etdirir. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, çərşənbə axşamı, 2 may 2023-cü ildə rusların atəşi nəticəsində dörd nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
Xerson vilayət hərbi idarəsinin məlumatına görə, ruslar axşam saatlarında Novokaxovskaya icmasının Kozatskoye kəndinə hücum edib. Rusiyanın zərbəsi nəticəsində 66 yaşlı kişi ölüb.
“...Axşam Rusiya artilleriyası Belozersk icmasının Dneprovskoyesini də vurmağa başlayıb. 78 yaşlı qadın yaralanıb, o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar. Elə bu gün Rusiya ordusu Xerson vilayətinin dörd sakininin həyatına son qoydu, daha yeddi nəfər yaralanıb”.
Beləliklə, Ukrayna saytlarının yazdığına görə, rus qoşunları 2022-ci ilin noyabrında Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilən Xerson vilayətinin yaşayış məntəqələrini hər gün atəşə tuturlar.
Belə ki, 2023-cü il mayın 1-də düşmən bölgəyə 163 mərmi atıb. Ruslar biri uşaq olmaqla 3 nəfər yaralayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB