Belarus Zimbabve ilə dostluğu möhkəmləndirir

Belarus Zimbabve ilə dostluğu möhkəmləndirir

Zimbabve ilə əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sazişi Belarus prezidenti Aleksandr Lukaşenko təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 2-də onun mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Aleksandr Lukaşenko bu gün Belarus və Zimbabve arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yaradılması haqqında sazişin təsdiq edilməsi haqqında 129 saylı fərman imzalayıb.

“Saziş yanvarın 31-də Hararedə Aleksandr Lukaşenkonun Zimbabveyə dövlət səfəri zamanı imzalanıb”. Qeyd edək ki, bu kommünikedə vurğulanır.

Qeyd olunur ki, birgə komissiyanın yaranması Belarus və Zimbabve arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə