Mayın 3-də ABŞ administrasiyası Ukrayna ordusu üçün 300 milyon dollar dəyərində hərbi texnika və digər silahların yeni tədarükünü elan edəcək,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” xəbər verir.
Qeyd edək ki, hərbi yardım paketinə “Hydra-70” raketlərinin daxil olduğu da bildirilir.
Administrasiya Ukraynaya artilleriya və minaatan sursatları, yük maşınları, ağır texnika, ehtiyat hissələri və “Hydra-70” raketləri də daxil olmaqla 300 milyon dollarlıq hərbi yardım paketi elan etmək niyyətindədir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl Vaşinqtonun Kiyevin əks-hücum üçün tələb etdiyi “demək olar ki, hər şeyi” təhvil verdiyini bildirmişdi.
Qeyd edək ki, bu arada Respublikaçı senator Pol Rand sosial şəbəkələrdə ABŞ-ı Ukraynaya “məhdud şəkildə” yardımı dayandırmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB