Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik üç ay uzadılıb

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik üç ay uzadılıb

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha üç ay uzadılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 2-də öz Teleqramında Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

Hərbi vəziyyətin, eləcə də ümumi səfərbərliyin müddəti Ukrayna parlamenti tərəfindən 2023-cü il avqustun 18-dək daha 90 gün uzadılıb.

“Parlament hərbi vəziyyət və ümumi səfərbərliyi uzadıb. Ukraynada hərbi vəziyyətin müddəti 2023-cü il mayın 20-si saat 05:30-dan 90 gün müddətinə, yəni 2023-cü il avqustun 18-dək uzadılıb”.

Bu xalq deputatının bəyanatında deyilir.

Jeleznyakın etirafına görə, bu, Ali Radanın hərbi vəziyyətin uzadılması üçün yeddinci səsverməsidir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ötən gün Ukraynada mayın 19-da başa çatan hərbi vəziyyət və səfərbərlik müddətinin daha 3 ay uzadılması təklifi ilə çıxış edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə