Əfqanıstanda yol qəzasında 6 nəfər ölüb, 1 nəfər yaralanıb

Əfqanıstanda yol qəzasında 6 nəfər ölüb, 1 nəfər yaralanıb

Əfqanıstanın Şimali Bağlan əyalətində yol qəzası nəticəsində 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, əyalətin paytaxtı Pul-i Xumri yaxınlığındakı Xoca Əlvan bölgəsində yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə