...Müvəqqəti işğal olunmuş Zaporojye vilayətinin Tokmak şəhərində bu gün, bazar ertəsi axşam saatlarında rusların qərargahı dağıdılıb. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna saytları yazıblar.
Bundan əlavə, rəqiblərin istirahət etdiyi yer ləğv edilib, Melitopol meri İvan Fedorov telemarafonun efirində bildirib ki, “...dünən gecə Tokmakda düşmənlərin qərargahı və istirahət etdikləri yer ləğv edilib...”.
Onun sözlərinə görə, mayın 1-də Mixaylovkada, düşmənin tez-tez öz qüvvələrini topladığı yerdə “nəsə olub”.
...“Nəsə” isə mayın 2-də Melitopolda partlayışın baş verdiyi məlum olub. Sonradan məlum olub ki, ələ keçirilən şəhərdə evin yaxınlığında “Rusiyanın Zaporojye vilayəti üzrə Baş Daxili İşlər İdarəsi” adlanan qurumun “rəis müavini” partladılıb. Düşmənlərin əlaltısı yaralanıb və xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB