Tbilisidə atışmalar olub

Tbilisinin Nadzaladevski rayonunda naməlum şəxs atəş açıb. KİV-in məlumatına görə, Pirosmani küçəsində yoldan keçən avtomobildən evdən çıxan kişiyə bir neçə dəfə atəş açılıb. Xəsarət alaklinikaya aparılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məsələnin təfərrüatları hələ açıqlanmayıb.

Amma hadisə yerindən aralanmağa çalışan silahlı sürücü sərnişin avtobusu ilə toqquşub və bundan sonra o, hadisə yerindən qaçıb.

Yerli saytların yazdığına görə, bu, Gürcüstan paytaxtında bir gündə baş verən ikinci atışma hadisəsidir.

Qeyd edilir ki, bir gün əvvəl Tbilisinin Vake rayonunda müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputat Dilar Xabulianinin qardaşı, iş adamı Demur Xabuliani güllələnib. Hücum iş adamının evinin yaxınlığında baş verib. “Novosti-Georgia” agentliyinin yazdığına görə, iş adamı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə